Over 10 years we helping companies reach their financial and branding goals. Onum is a values-driven SEO agency dedicated.


Warning: Undefined array key "oule_custom_class" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 38

Warning: Undefined array key "oule_widget_title_icon" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 39
LATEST NEWS
CONTACTS
Youtube SEO Nedir ?

Bilirsiniz ki orqanik axtarış nəticələrində ön sıralarda çıxmaq üçün mütləq şəkildə SEO işləri görülməlidir.Lakin burada SEO-nun hansı məqsədlə edilməsinə diqqət etməliyik.Bu dəfə daha spesifik və vacib olan Youtube SEO nədir ?Youtube SEO necə edilir ? kimi sualların cavabını təqdim edəcəyik.

Youtube SEO nədir ?

Youtube SEO videoalarınızın uyğun ana səhifələrdə görünməsinə habelə axtarış nəticələrində ön sıralarda çıxmanıza yardım edən texnikadır.Youtube SEO kanalınızın izlənmə və abunəlik sayını orqanik yolla artırmağınıza kömək edir.Bildiyiniz kimi Google axtarış zamanı çıxan nəticələri müəyyən faktorları əsas götürərək sıralayır,eyni hal Youtube üçün də keçərlidir.Məlumat üçün qeyd edək ki,Youtube da Google aid şirkət olduğundan eyni proses hər ikisində baş verir.

Google üçün SEO edərkən müştərilərimizə tövsiyə etdiyimiz əsas nüans hazırlayacağımız kontentin oxunaqlı və aydın olmasıdır eynilə Youtube alqoritmidə istifadəçinin axtardığı izahi və ya videonun düzgün şəkildə ona təqdim etmək istəyir.Dolayısı ilə əgər sizin başlığınız ilə kontentin tərkibi eyni olmazsa bir sözlə istifadəçini bu yolla aldatmağa cəhd etsəniz bu müəyyən müddət ərzində Youtube tərəfindən anlaşılır və ciddi şəkildə brendinizə ya da səhifənizə ziyan vurur.Bəs Youtube SEO alqoritmi necə çalışır ? Daha aydın yoldan getsək Youtube videoların analizi zamanı əsas olaraq istifadəçinin daxil olduğu videoda nə qədər qaldığına baxır,əgər istifadəçi məsələn hansısa yeməyin hazırlanma qaydasını axtarırsa və sizin videoa daxil olub tez çıxırsa bu Youtube alqoritmi tərəfindən mənfi qiymətləndirilir.Yaxşı olar ki Youtube SEO edən zaman hazırladığınız kontent keyfiyyətli,aydın olsun və düzgün başlıqlar seçilsin.

Youtube istifadəçilərinizin videoda daha çox qalması üçün axıcı,aydın və Call To Action yəni hərəkətə keçirici mesajlar vermək və onların sonadək qalmasını təmin etmək lazımdır.
Bundan başqa Youtube SEO edərkən düzgün auditoriyanı tapmaq da çox önəmlidir.Ola bilsin ki sizin hazırladığınız kontent olduqca keyfiyyətli və dolğun izahlı olsun əgər siz düzgün auditoriyanı hədəfləməmisinizsə videnonun heç bir mənası qalmır.

Youtube SEO zamanı düzgün auditoriyanı necə tapaq ? Youtube SEO zamanı nəyə diqqət edək ?

  • Öncəliklə Youtube SEO-nu siz nə məqsədlə edirsiniz onu aydınlaşdırmaqla işə başlayın.
  • Daha sonra müraciət edəcəyiniz auditoriyanı təyin edin.Məsələn əgər siz məktəbliləri hədəfləyəcəksinizsə onların maraq dairəsində olan videolar hazırlamalı və güncəl məlumatları tez bir şəkildə çatdırlmalısınız.Daha çox izlənmə bir müddət sonra daha çox abunəlik gətirəcək və gələcəkdə Youtube vasitəsilə pul qazana biləcəksiniz.İzləyici sayını artırmaq,videoların sonadək izlənməsini təmin etmək məqsədilə hədiyyələr verə,yarışmalar keçirdə bilərsiniz.
  • Youtube SEO zamanı videoların davamlılığını qorumaq da çox önəmlidir.Bunu bir növ Sosial Media optimizasiyası kimi düşünə bilərsiniz.
  • Youtube SEO edərkən başlıqların düzgün seçilməsi videonun daxil olma faizinə önəmli dərəcə təsir edən amildir.İstifadəçiyə maraqlı gələcək Necə edilir ? Bilmədiyiniz faktlar kimi düzgün başlıqlar seçə bilərsiniz.

Youtube SEO necə edilir ? Youtube SEO edərkən diqqət etməniz gərəkən 10 vacib addım 

Aşağıda sizə addım Youtube SEO necə edilir yazmışıq.Youtube SEO edərkən bunlara diqqət et !

  1. Düzgün açar söz araşdırması
  2. Açar sözlərdən ibarət başlıq seçilməsi
  3. Video təsvir ( Description ) bölməsini açıqlayıcı yaz
  4. Hazırladığın kontentə uyğun açar sözlərdən təsvirdə və hashtaqlarda istifadə et
  5. Videonun qapaq ( cover ) şəklinin maksimum maraqlı seç
  6. Videonu yükləyərkən fayl adını düzgün seç
  7. Hədəf kütləsindən asılı olaraq videolara alt yazı tətbiq edə bilərsiniz
  8. Videolarda maksimum izləyici ilə bağ yaratmağa çalışın
  9. Sosyal Medya Hesablarınızın linkini verərək,daha əlçatan ola bilərsiniz
  10. Rəy ( Comment ) sayını artırmaq məqsədilə suallar verə və izləyicilərin rəylərini çalışdığınız qədər cavablayın.

Youtube SEO edərək orqanik yolla videoların izlənmə və abunəlik sayını artıra bilərsiniz.Məlumat üçün bildirək ki,araşdırmalar izləyicilərin yazıdan çox video izləməyə daha maraqlı olduğunu göstərir.Lakin unutmayaq ki istənilən mövzuda hazırda çoxlu sayda video kontent var bunun üçün Youtube SEO çox önəmlidir.Digər önəmli məsələ Təlif Haqqıdır.Videoalarınızın orginal olmasına diqqət edin və başqasına aid kontentləri səhifənizdə paylaşmayın.Daha çox izləyici çəkmək üçün videonun başlanğıc,son və orta hissələrində CTA ( CALL TO ACTİON ) hərəkətə keçirən mesajlar verə bilərsiniz.Məsələn abunə ol,əlaqəli digər videonu izlə ( adətən yuxarı sağ tərəfdə təklif olaraq görünür ) və ya fikirlərini rəy qisminə yaz kimi ifadələr olduqca effektlidir.

Author

Yunus Babasoylu

Leave a comment

Your email address will not be published. Required fields are marked *