Over 10 years we helping companies reach their financial and branding goals. Onum is a values-driven SEO agency dedicated.


Warning: Undefined array key "oule_custom_class" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 38

Warning: Undefined array key "oule_widget_title_icon" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 39
LATEST NEWS
CONTACTS
SEO nedir ?

SEO Haqqında ümumi məlumat | 2023 SEO Strategiyası

SEO (Search Engine Optimization) Azərbaycan dilində Axtarış Motoru Optimizasıyası kimi tərcümə edilən və vebsayta daha çox insanın orqanik yolla cəlb edilməsi məqsədilə istifadə olunan Google-a aid sistemdir.Daha ətraflı izah etsək Google axtarış sistemində reklamdan sonra çıxan səhifələr nəzərdə tutulur.Axtarış motorlarında hansı vebsaytın ön sırada çıxacağı məhz SEO ilə tənzimlənir.Yəni sizin vebsaytınız nə qədər SEO uyumludursa bir o qədər ön sıralarda çıxma şansı yüksəkdir.Təbii ki burada bir çox faktorda əsas rol oynayır.

Nə üçün SEO etməlisiniz ? SEO-nun vebsaytınız üçün faydaları nədir ?

SEO xidmətindən istifadənin vebsaytınız üçün faydaları çoxdur.Bu yazıda onların əsas hissəsini sizin üçün qruplaşdırdıq :

  • Onlayn görünürlük – Bu o deməkdir ki siz potensial müştərilərinizə sadəcə vebsaytınız vasitəsilə orqanik yolla çata bilərsiniz.
  • Vebsayt trafik – Vebsaytınızın trafiğini (yəni nə qədər insanın daxil olduğunu) orqanik yolla artırıb daha sonra onları Google Search Console-da izləyə və analiz edə bilərsiniz.Bu sizə potensial alıcıların ya da səhifə ziyarətçilərinin hansı məhsul və ya xidmətə maraqlı olduqlarını göstərəcək.Google Search Console ilə bağlı yazımızı buradan oxuya bilərsiniz.
  • UX – User Experience dilimizdə tərcümədə istifadəçi təcrübəsi olaraq qəbul edilən bu termin sizə saytın dizaynının nə dərəcə yaxşı olub olmamasını analiz etmənizə kömək edir.Əgər saytınız narahatedici və ya göz yoran dizayna sahibdirsə istifadəçilər saytınızda çox qalmayacaq bu da öz növbəsində vebsaytın SEO-na mənfi təsir edən amildir.SEO-da Bounce Rate yəni sayta gələn müştərinin çıxma faizi xüsusi önəm kəsb edir.Əgər sizin saytınızda Bounce Rate yuxarıdırsa orqanik nəticələrdə ön sırada çıxmanız imkansızdır və Google Ads reklamlarınız da bir o qədər nəticəsiz olacaq.

SEO-nun növləri | On-page SEO | On-page SEO nədir ?

On-Page SEO- Buraya domein və hosting seçimi daxildir.Domain düzgün yaşa,keçmişə və uzunluğa sahib olmalıdır.Vebsaytınızın Google Analitik və Google Search Console ilə bağlantısı olmalıdır.Hədəf açar sözlər təyin edilməlidir.Vebsaytınız sıfırdan qurulursa bütün bunlara diqqət etmənizdə fayda var.

On-Page SEO üçün diqqət etməli olduğunuz nüanslar :

  • Title Tag Optimization – Hər səhifə üçün açar sözlərdən ibarət açıqlama verilməlidir.Bu istifadəçiyə səhifələrin nə ilə bağlı olduğunu göstərəcək.
  • Meta Description – Aydın və uyğun açar sözdən ibarət açıqlanma yazılmalıdır.
  • Header Tag Optimization – Yazdığınız mətnlər H1,H2 formatında qruplaşdırılmalıdır.Bu həm Google botlarına səhifəni daha rahat indeksləməyə həm də bloqunuzun daha oxunur olmasına kömək edəcək.
  • Keyword Optimization – Saytınızda brendinizə və ya təklif etdiyiniz məhsula uyğun açar sözlər olmalıdır.Bunun üçün açar söz araşdırması rəqib analizi çox vacibdir.
  • URL Optimization – Qısa və aydın linklərin olması həm UX baxımdan həm də yönləndirmə baxımdan vacibdir.
  • İmage Optimization – Saytınıza yüklədiyiniz şəkillərə alt text yazılmalıdır.Bu Google botlarına şəkil haqqında məlumat verməyə kömək edəcək.Uyğun və açıqlayıcı alt text SEO baxımdan önəmlidir.
  • İnternaI Linking – Saytınız daxilində linklənmə saytın daha oxunaqlı hala gəlməsinə və Bounce Rate-nizin daha aşağı olmasına kömək edəcək.Unutmayın ki vebsaytınıza gələn ziyarətçinin saytda daha çox qalması əsas SEO hədəflərimizdəndir.

Off Page SEO | Off Page SEO nədir ? | Off Page SEO-a nələr daxildir ?

Off Page SEO – Bura vebsaytımızın orqanik nəticələrinə təsir edən əsas amillər daxildir.Aşağıda Off Page üçün vacib nüansları sıraladıq :

  • Backlink – Müəyyən plan daxilində saytınız üçün başqa saytdan link alınmalıdır.Bu zaman link alınan saytın sizin saytınızla əlaqəli olmasına diqqət edin.
  • Temporary Backlinks – Aldığınız backlink-lərin uzun müddətli olmasına diqqət edin.Qısa zaman içərisində alınan və silinən linklərin SEO-a heç bir faydası yoxdur.
  • Duplicate Content – SEO zamanı oxşar və ya kopyalanmış yazıların saytda olmamasını yoxlamalısınız.Vebsaytınızda plagiat mətnlərin olması orqanik nəticələrinizi xeyli sayda azaldacaq.
  • Negative SEO – İstənməyən və ya əlaqəsiz backlink-lər vaxtaşırı yoxlanmalı və saytdan silinməlidir.
  • Hacklink problem – Rəqib firma saytımıza daxil olub özünə link verə bilər.Bu mövzuda diqqətli olmaqda fayda var.Bu kimi problemlərin qarşısını almaq üçün Google Alert-ə məlumat verilməlidir.

SEO-nun faydaları nədir ?

Son olaraq yazdıqlarımızdan belə nəticəyə gəlirik ki istər orqanik yöndən olsun,istərsə də Google reklamları SEO saytımız üçün vacibdir.Bir nüansı da unutmayaq ki,Google platformasının əsas məqsədi öz istifadəçilərinə axtardıqları düzgün məlumatın uyğun vebsayt vasitəsilə təqdim etməkdir.Nəzərə alsaq ki gün ərzində milyonlarla istifadəçi bu platformadan istifadə edir,ona görə də Google onların bəyənməyəcəyi məzmunları orqanik nəticələrdə çıxarmır,hətta saytınızı spam olaraqda işarətləyə bilmə haqqına malikdir.Odur ki çox gecikmədən vebsaytınızın SEO tərəfinə xüsusi diqqət ayırın.

Əgər sizə SEO xidməti maraqlıdırsa linkə keçid edərək ətraflı məlumat ala və təklif tələb edə bilərsiniz !

Author

Yunus Babasoylu

Comment (1)

  1. Semantik SEO Nədir ? - Digital Marketing Xidməti | Digital Marketing Service
    03/16/2023 Reply

    […] bloqlarla uyğun hədəf kütləyə orqanik yolla çatmış olursunuz.Bundan öncə yazdığımız SEO NƏDİR ? məqaləsini də oxumanınızı tövsiyə edirik,burada SEO-nun növlərindən və düzgün seo necə […]

Leave a comment

Your email address will not be published. Required fields are marked *