Over 10 years we helping companies reach their financial and branding goals. Onum is a values-driven SEO agency dedicated.


Warning: Undefined array key "oule_custom_class" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 38

Warning: Undefined array key "oule_widget_title_icon" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 39
LATEST NEWS
CONTACTS

Google Ads haqqında ümumi məlumat

Google Ads – Google reklamları istədiyiniz auditoriyaya cəmi bir kliklə çatmağa kömək edən platformadır.Google Ads Google şirkətinə aid olduğu üçün reklamlar da həmçinin Google aid olan və ya əməkdaşlıq etdiyi platformalarda yayımlanır.2022 ci il yekun statistikaya əsasən günlük hər saniyə ərzində 99,000 adam Googleda axtarış edir.Bu da öz növbəsində şirkətlərə öz saytlarını,mağazalarını və ya təklif etdikləri xidməti Google da tanıtmağa məcbur edir.

 Google axtarış sistemində nəticələr qarşımıza iki formada çıxır bunlardan ilki aşağıda yerləşdirdiyimiz formatda olan saytın sol tərəfində qeyd edilən ad – yəni ödənişli reklamların nəticəsi,digəri isə SEO-yəni organik olaraq Google indexlənməsi nəticəsində çıxan sıralamadır.

Google reklami numune
Buradakı nümunədən də aydın olduğu kimi ilk iki nəticə Google reklamları sayəsində baş verir.Müştəri hər dəfə buradan sayta klik etdikdə siz Google-a müəyyən məbləğdə ödəniş edirsiniz.

Google Ads nə üçün vacibdir ?

Google Reklamları xidmət sferasında fəaliyyət göstərən bütün şirkətlər xüsusilə saytı,mağazası olan kəslər üçün çox önəmlidir.Covid-19 dönəmindən sonra dəyişən alış-veriş vərdişləri insanlarda artıq axtardıqları məhsulları Google-da araşdırmağa və bir kliklə almağa yönəltdi.Buna görə də məhsulun,brendin Google Axtarış platformasında ön sıralarda çıxması vacibdir.Siz bunun üçün saytın SEO işlərinə xüsusilə diqqət ayırmalı paralel olaraq da ödənişli şəkildə istədiyiniz müştəri auditoriyasında görünməlisiniz.

Google Ads reklam tipləri

  • Search – burada axtarış verilən zaman orqanik nəticələrdən öndə sizin saytınız görünür.
  • Video – Burada tanıtım məqsədli hazırlanmış videolarınızı Youtube üzərindən reklam edə bilərsiniz.Youtube reklamlarını 6,30 saniyə və ya 1dəq+ olmaqla istədiyiniz formada hazırlaya bilərsiniz.
  • Display – yəni banner tipli reklamlar.Saytınız Google-un əməkdaşlıq etdiyi başqa saytlarda görünür.
Google Display reklam novune numune
Bu Google Display reklamlarına nümunədir.
  • App – Əgər sizin mobil tətbiqiniz varsa app reklamları ilə istifadəçi sayını artıra bilərsiniz.

Google Ads təklif strategiyası necə aparılır ?

 Google reklamları bir növ təklif (Bidding Strategy) üsulu ilə həyata keçirilir.Burada siz bazar rəqabətinə əsasən müəyyən edilmiş bir məbləğ təklif edirsiniz və Google həmin büdcəyə əsasən reklamları seçdiyiniz auditoriya qarşısına çıxardır.Bəs Google reklamlarında auditoriya seçimi necə olur ? Sistemə əsasən siz istənilən yerdə yaşayan,istənilən yaş qrupu və cinsə görə reklamları tənzimləyə bilərsiniz.Daha üst səviyyə olaraq isə deyə bilərik ki müştərilərin davranış və maraqlarına əsasən də hədəfləmək mümkündür.

Author

Yunus Babasoylu

Leave a comment

Your email address will not be published. Required fields are marked *