Over 10 years we helping companies reach their financial and branding goals. Onum is a values-driven SEO agency dedicated.


Warning: Undefined array key "oule_custom_class" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 38

Warning: Undefined array key "oule_widget_title_icon" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 39
LATEST NEWS
CONTACTS

Bounce Rate nədir?

Saytınızı ziyarət edən istifadəçilərin yalnız bir səhifəyə baxdıqdan sonra saytınızdan çıxma faizi Bounce rate adlanır.  Bu SEO prosesi zamanı ən vacib meyarlardan biridir. İstifadəçilər sayta gəlib, lakin bir səhifəyə daxil olub çıxsalar bunun birdən çox səbəbi ola bilər.

Yetərsiz məzmun

İstifadəçi kimi saytı axtarıb ziyarət etdikdə, axtardığımızı tapmaq istəyirik. Məsələn, mən “Nabranda ziyarət ediləcək yerlər” yazıb axtardığım zaman ziyarətçiyə  Nabranda bölgəsində gəzməli yerlər təklif edən sayt istifadəçi təcrübəsi baxımından uğurlu nəticələr əldə edəcək. Amma, yazılan kontentdə ziyarət ediləcək 1-2 yer yazılsa, istifadəçi saytı tərk edib başqa saytda axtarışa davam edəcək.

Səhifənin Yüklənmə Sürəti

İstifadəçilər olaraq sürətli sayları sevirik və sayta daxil olduqda səhifələrin tez açılmasını istəyirik. Bəzi saytlara daxil olduqda sürəti zəif olduğundan dərhal tərk etməli oluruq. Ona görə istifadəçini saytda saxlamaq üçün səhifənin yüklənmə sürəti önəmli amildir. Sayt analizi apara biləcəyiniz bəzi toollar:

Yanıltıcı Meta Title və meta description

Səhifələriniz və məzmununuz bir-birinə uyğun olmalıdır. Başlıq və təsvir teqləriniz təsvir etdiyiniz və ya məzmun kimi təsvir etdiyiniz mövzu ilə uyğun olmalıdır. O, təkrarlanan başlıqlar və təsvirlərlə doldurulmamalıdır. Meta title-da verilən informasiyaya uyğun content tapacağını düşünən istifadəçi əgər fərqli bir kontentlə qarşılaşırsa, bu zaman məqaləni oxumadan saytı tərk edəcək. Düşünün ki, indi oxuduğunuz məqalənin başğlığına pulsuz digital marletinq öyrən yazılıb və siz açdıqda belə bir content oxuyursunuz.

Xətalı Səhifə və ya Broken Link

Əgər Bounce rate çox yüksəkdirsə və ziyarətçilər bir neçə saniyə ərzində saytınızı tərk edirsə, siz fərq etmədiyiniz bir xəta ilə üzləşə bilərsiniz. Saytınıza daxil olan istifadəçilərin bütün hərəkətlərini video ilə izləyə biləcəyiniz “Yandex Metrika” quraşdırmanızı tövsiyə edirik. Beləliklə, təhliliniz daha mənalı olacaq və istifadəçilərin harada səhvlər əldə etdiyi barədə təsəvvürünüz daha asan olacaq. İstifadəçilərin saytınızı rahat şəkildə gəzə bilməsini təmin etməlisiniz.

Bir səhifəlik sayt

Portfelinizi tanıdan bir səhifəlik məhsul və ya saytınız varsa, Bounce rate  təbii olaraq yüksək olacaq.

Dizayn və Mobil Uyğunluq

Sayt dizaynı, istifadə etdiyiniz şriftlər, fon rəngi və s. istifadəçi təcrübəsi baxımından son dərəcə əhəmiyyətlidir. Saytınızın pop-up və ya reklam sahələri istifadəçiləri narahat etməyəcək səviyyədə olmalıdır. Dizayndakı zəhlətökən pop-uplar, rənglər, şəkillər bounce rate-inizin az olmasına səbəb olacaq.

SEO xidməti zamanı Bounce rate mimimuma endirilməyə çalışılmalıdır.

Author

Yunus Babasoylu

Leave a comment

Your email address will not be published. Required fields are marked *