Over 10 years we helping companies reach their financial and branding goals. Onum is a values-driven SEO agency dedicated.


Warning: Undefined array key "oule_custom_class" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 38

Warning: Undefined array key "oule_widget_title_icon" in /home/ekaryera/public_html/babasoylu.com/wp-content/plugins/oule-core/include/widgets/widget-extra-fields.php on line 39
LATEST NEWS
CONTACTS

Design Thinking nədir?

Son zamanlar böyük şirkətlərin dizayn, yaradıcılıq, product, project manager, digital marketinq kimi vakansiyalarında tələblər sırasında “Design Thinking”i görmək mümkündür. Bəs, nədir bu “Design Thinking”?

Qısaca desək, “Design Thinking” müştərini başa düşməyə və onların problemlərinin həllinə əsaslanan yaradıcı yanaşmalar tətbiq etməyə imkan verən medotdur.

İlk olaraq qeyd edim ki, bu sadəcə dizaynerlərə aid bir şey deyil. Hazırda idarəçilik proseslərində olan problemlərin həllində də istifadə edilir.

“Design Thinking” necə tətbiq olunur?

1.     #Empatiya– Empatiya Dizayn düşüncəsinin başlanğıcıdır və prosesin ilk mərhələsini əhatə edir. Bu proses istifadəçi dediyimiz müştərini daha yaxşı anlamaq, başa düşmək, məqsəd və ehtiyaclarını başa düşməkdən ibarətdir. Bu prosesdə müştərinizi daha psixoloji və emosional səviyyədə tanımaq üçün onları müşahidə edə və ünsiyyət qura bilərsiniz. Bu mərhələdə dizaynı unudun, qarşı tərəfi sadəcə başa düşməyə çalışın.

2.     #Müəyyənləşdirin– İşin nə olduğunu müəyyən etmək prosesin 2-ci mərhələsidir. Burada siz empatiya qurarkən əldə etdiyiniz informasiyaları istifadə edəcəksiniz. Müştəri hansı probemlərdən əziyyət çəkir? Hansı maneələrlə üzləşib? Bunları müəyyən etdiyiniz üçün artıq siz problemin nə olduğunu görə biləcəksiniz. Bu mərhələdə artıq ağlınıza gələn həll yolları ilə 3-cü mərhələyə keçid edə bilərsiniz.

3.     #İdeya– Ağlınıza gələn ideyalar, həll yollarını nəzərdən keçib potensial həllər üzərindən işləməyə başlaya bilərsiniz. Bu mərhələdə işin gedişatını, yəni problemin həlli yaradıcılıq yolu ilə həll edilməlidir. Dizayner və ya developer timisinizsə, bu mərhələdə komanda şəklində iclaslar edərək fikir alış-verişi edə bilə və alternativləri araşdıra bilərsiniz. Bundan sonra ideyalarınızı maksimum azaldıb daha problemin həllinə yönəlik olanları saxlayacaqsınız.

4.     #Prototip– Bu mərhələdə siz ideyalarınızı hər hansı yaradıcı varlığa çevirmiş olacaqsınız. Prototip, əsasən, əvvəlki mərhələlərdə müəyyən edilmiş həlləri özündə birləşdirən məhsulun kiçildilmiş, ilkin versiyasıdır. Bu addım hər bir həlli sınaqdan keçirmək və hər hansı məhdudiyyətləri və qüsurları vurğulamaq üçün əsasdır. Prototip mərhələsində təklif etdiyiniz həll varlığı müştəri tərəfindən qəbul edilə, təkmilləşdirməyə qaytarıla və tamamilə rədd edilə bilər.

5.     #Test– Test mərhələsi dizayn düşüncəsi dediyimiz mərhələnin sonu ola da bilər, olmaya da. Bu mərhələ sizə ilk mərhələlərə qaytara və ağlınıza gələn yeni ideyaları tətbiq etməyə imkan verəcək. 

Vaxt edib növbəti postumda üstünlükləri və şirkətlərdə real tətbiqindən yazacağam.

İstifadə edilmiş mənbələr: Youtube, İdeou, Careerfoundry

Author

Yunus Babasoylu

Leave a comment

Your email address will not be published. Required fields are marked *